Gürcüstanda səsvermənin yekun nəticəsi açıqlandı

gurcustanda-sesvermenin-yekun-neticesi-aciqlandi
Oxunma sayı: 3359

Gürcüstanda prezident seçkilərinə dair keçirilən səsvermədə səslərin 100 faizi hesablanıb.

“Qafqazinfo” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezidentliyə müstəqil namizəd olan Salome Zurabişvili 38,64 faiz, müxalifətçi namizəd Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb. 

MSK-nin açıqlamasına görə, səsvermənin ilkin turunun nəticələrinə görə, Zurabişviliyə 615 mindən çox, Vaşadzeyə isə 601 mindən çox seçici səs verib. 

Xatırladaq ki, Gürcüstanda prezident postu uğrunda 25 namizəd mübarizə aparıb. Heç bir namizəd 50 faizdən çox səs toplaya bilmədiyi üçün dekabrın 2-də ikinci tur keçiriləcək.