Gürcüstanda şeyxin istefası tələb olunur

gurcustanda-seyxin-istefasi-teleb-olunur-
Oxunma sayı: 643

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Müsəlmanlar Şurasının sədri Hacı Əziz məlumat verib.

Onun sözlərinə görə, dindarlar birmənalı olaraq yeni şeyx kimi Mirhüseyn Əsədovu seçiblər və onlar Əkbərovun istefasını tələb edirlər. Hacı Əziz onu da qeyd edib ki, V.Əkbərov keçmiş hökumət məmurları tərəfindən təyin edilib və bu yanlışdır, çünki şeyx xalq tərəfindən seçilməlidir. Konfransda o da vurğulanıb ki, Əkbərov 2011-ci ildə bu vəzifəyə təyin olunub və ona qarşı aksiyalar bu gün başlamayıb.

Mirhüseyn Əsədov isə bildirib ki, seçkiqabağı dövrdə İvanişvili ilə görüşüb və ona keçmiş hökumətin onlara dini lider seçməsini təhqir hesab etdiyini deyib. Onun sözlərinə görə, İvanişvili söz verib ki, dini fəaliyyəti tamamilə müsəlman icmasına həvalə edəcək.

Qeyd edək ki , artıq bir müddətdir ki, azərbaycanlıların kompakt yaşadığı Qardabani şəhərində və ətraf kəndlərində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Vaqif Əkbərova qarşı etiraz aksiyaları keçirilir.