Gürcüstanda yaşayan soydaşlarımızın torpaq problemi- - Video

gurcustanda-yasayan-soydaslarimizin-torpaq-problemi-
Oxunma sayı: 1018


“Qafqazinfo” Turkel TV-yə istinadən xəbər verir ki, hər dəfə seçki prosesində azərbaycanlıların səsini qazanmaq istəyənlər bu problemi həll ediləcəklərinə söz verirlər. Amma seçki başa çatdıqdan sonra verilən vədlər yaddan çıxır. Marneuli rayonunun Qaçağan kəndinin yerli əhalisi olan soydaşlarımız əzəli ata-baba torpaqlarının satılmasından narahatdırlar. Suvarma ilə bağlı problemlər kənd gənclərinin də əlini işdən soyudur. Suyun olmaması məhsulun becərilməsini çətinləşdirir. Belə şəraitdə soydaşlarımız çıxış yolunu torpağı satmaqda görürlər. Kənd sakinlərinin sözlərinə görə, yeni hakimiyyətdən gözləntilər böyük idi. Lakin...Torpaq problemlərinin mövcudluğu və islahatların yalnışlıqlarla aparıldığını bildirən İcra orqanları problemlərin bu ilin sonuna qədər həll olunacağına əmindir. Biz də ümid edirik soydaşlarımızın torpaq problemi həllini tapacaq. Ən azı ona görə ki azərbaycanlıların dədə baba yurdlarının əllərindən alınması nə gürcü xalqına, nə də Gürcüstan hökumətinə baş ucalığı gətirməz.