Gürcüstandan Azərbaycana jest

gurcustandan-azerbaycana-jest
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili Tbilisidə mətbuat konfransında çıxışında deyib.

Nazir Azərbaycan tərəfinin Tbilisinin Abxaziya vasitəsilə Rusiya ilə dəmir yolu əlaqələrini bərpa etməsinə reaksiyasına şərh verərək bildirib ki, bu məsələ hələ ki, müzakirə olunur və sadəcə təşəbbüsdür, məsələyə hələ ki, konkret olaraq baxılmır. Eyni zamanda, nazir əlavə edib ki, Azərbaycan Gürcüstanın strateji müttəfiqidir və onun maraqlarına zidd addım atmayacaq.

Qeyd edək ki, daha əvvəl Zakareişvili bəyan etmişdi ki, Abxaziyadan keçməklə Rusiya ilə dəmir yol əlaqələrinin bərpası Gürcüstanın yeni hökumətinin konsepsiyasına daxildir. Öz növbəsində bir sıra azərbaycanlı ekspertlər narahatlıqlarını ifadə edərək dəmiryolunun Rusiya hərbi yüklərinin Ermənistana tranziti üçün istifadə oluna bilər.