Gürcüstandan gətirlən “Range Rover”in ban nömrəsi saxtalaşdırılıb

gurcustandan-getirlen-range-roverin-ban-nomresi-saxtalasdirilib
Oxunma sayı: 1573

Gürcüstandan Azərbaycana gətirilən “Range Rover”in ban nömrəsinin saxtalaşdırıldığı məlum olub.

"Qafqazinfo" xəbər verir ki, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan “Range Rover” markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.