Gürcüstandan maşınların gətirilmə qaydaları- - Rəsmi

gurcustandan-masinlarin-getirilme-qaydalari-
Oxunma sayı: 2721


“Qafqazinfo” “Turan”a istinadən xəbər verir ki, ““Avro 4” standartı olmayan avtonəqliyyat vasitələri Azərbaycana yalnız o halda buraxılacaq ki, sərhədi keçərkən avtomobil sahibləri onun dəyərinin 30-40%-i ölçüsündə zəmanət məbləği ödəsin”, deyə Gürcüstan DİN-in məlumatında bildirilir.

Bu pullar Azərbaycandan qayıdarkən qaytarıla bilər.

Bundan başqa, Azərbaycan vətəndaşının Avro 4 standartına uyğun olmayan avtomobilin ölkə ərazisində olmasına görə məsuliyyəti öz üzərinə götürməsi barədə yazılı razılığı da zəruri şərtlərdən biridir.