Gürcüstandan Ramil Səfərova mükafat

gurcustandan-ramil-seferova-mukafat
Oxunma sayı: 631

“Qafqazinfo”nun “haqqin.az”-a istinadən verdiyi məlumata görə, geotarix və geosiyasət üzrə Qafqaz Beynəlxalq Araşdırma Mərkəzi Ramil Səfərovu təşkilatın fəxri üzvü kimi qəbul edib.

“Macarıstandan ekstradisiya olunan və prezident İlham Əliyev tərəfindən əfv edilən Azərbaycan Respublikasının vətəndaşı Ramil Səfərov geotarix və geosiyasət üzrə Qafqaz Beynəlxalq Araşdırma Mərkəzinin fəxri üzvü qəbul edilib. Ramil Səfərovla bağlı ədalətli qərar verdiyi üçün Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririk”, - Mərkəzin prezidenti Quram Marxuliyanın “Facebook” sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.