Gürcüstanın baş naziri Bakıda

Gürcüstanın baş naziri Bakıda
Oxunma sayı: 699

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili martın 12-də Azərbaycana rəsmi səfərə gəlib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Baş nazir Giorgi Kvirikaşvilini Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. 

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi