Gürcüstanın Baş naziri müsəlmanları təbrik etdi

gurcustanin-bas-naziri-muselmanlari-tebrik-etdi
Oxunma sayı: 1261

Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 11-də müqəddəs Qurban bayramı münasibətilə Tbilisidəki “Cümə məscidi”ndə olub.

“Qafqazinfo” xəbər verir ki, Baxtadze müsəlmanları bayram münasibətilə təbrik edib. O deyib ki, Qurban bayramı paklıq, kimsəsizlərə, imkansızlara, ehtiyacı olanlara yardım bayramıdır.

M.Baxtadze Gürcüstan dövlətinin möhkəmlənməsində və inkişafında müsəlman əhalinin rolunu xüsusi vurğulayıb.

Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin sədri Yasin Əliyev, Şeyx Hacı Ramin İgidov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və din xadimləri də çıxış edərək müsəlmanları təbrik edib.