Gürcüstanın müdafiə naziri Yerevana gedir

gurcustanin-mudafie-naziri-yerevana-gedir
Oxunma sayı: 1083

Gürcüstanın müdafiə naziri Levan İzoriya sabah Yerevana birgünlük rəsmi səfər edəcək.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin katibi Nino Tolordava bildirib. Səfər zamanı İzoriya erməni həmkarı David Tonoyanla görüşəcək və nazirliklər arasında ikitərəfli əməkdaşlıqla bağlı illik plan imzalanacaq.

Plan qarşılıqlı strateji səfərləri, təhsil, tibb sahəsində əməkdaşlığı nəzərdə tutur.