Gürcüstanın müstəqillik günü qeyd olundu

gurcustanin-musteqillik-gunu-qeyd-olundu
Oxunma sayı: 1850

Gəncədə Gürcüstanın ilk Demokratik Respublikasının 100 illiyi qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, yubiley tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze, Türkiyənin Gəncədəki Baş konsulu Orxan İşıq, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze çıxış edərək, Gürcüstanın ilk Demokratik Respublikasının Müstəqilliyi 1918-ci il 26 mayda Noe Jordanianın rəhbərliyi altında elan olunduğunu bildirib. 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, ilk Demokratik Respublikasının 100 illiyi münasibəti ilə Gürcüstan xalqını təbrik edib. İki ölkə arasında mövcud olan əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi deyən Elmar Vəliyev, Azərbaycan və Gürcüstan xalqları arasında qədim dostluq münasibətlərinin olduğunu vurğulayıb. O qeyd edib ki, müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələri regionlar arasında da qurulub. Gəncə və Kutaisinin qardaş şəhərlər olması buna misal göstərilib.

Qonaqlara Gürcüstan milli mətbəxinin təamları təqdim edilib. Gürcüstanın tarixini, mədəniyyətini, memarlığını, mətbəxini əks etdirilən fotolar nümayiş olunub.