Gürcüstanın Prezident Administrasiyasının rəhbəri istefa verdi

gurcustanin-prezident-administrasiyasinin-rehberi-istefa-verdi
Oxunma sayı: 984

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvaniya istefa qərarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb. Jvaniya mayın 1-dən postu tərk edəcəyini açıqlayıb. Onun sözlərinə görə, bu barədə hələ martdan prezident Salome Zurabişviliyə məlumat verib.

Jvaniya Gürcüstan Patriarxlığı Fondunun rəhbəri kimi fəaliyyətini davam etdirəcəyini bildirib.