Habil Vəliyev qapalı məhkəmə istədi

Habil Vəliyev qapalı məhkəmə istədi
Oxunma sayı: 1232

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilən  “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi keçirilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə H.Vəliyev məhkəmənin qapalı keçirilməsini istəyib: “Mənim çıxışlarım mətbuatda yayımlanmır. Səhhətimdə problem var, yazılar mənə pis təsir edir”.

Məhkəmə vəsatəti təmin etməyib.

Hazırda oxşar ittihamlarla həbsdə olanlar - “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli şahid kimi dindirilib. Onlar istintaqa verdikləri ifadələri təsdiq etdiklərini deyiblər. H.Nəcəfli zərərçəkmiş Hatəm İbrahimovun intim videogörüntülərlə şantaj edilməsindən xəbərsiz olduğunu deyib.

Həkim Rauf İsfəndiyarov zərərçəkmiş, Laçın rayonunun sabiq icra başçısı Ramil Cəbrayılovun epizodu üzrə dindirilib. O istintaqa verdiyi ifadəni təkzib edib və R.Cəbrayılovun H.Vəliyevə pul verdiyindən xəbərsiz olduğunu bildirib.

O DTX-da ifadəsi zamanı isə R.Cəbraılovun istəyi ilə Malik Vəliyevlə birlikdə Bakıya gəlib H.Vəliyevlə görüşdüklərini və Malikin Habilə pul verdiyini açıqlayb.

Şahid Sadiq Əliyev deyib ki, müdiri, zərərçəkmiş Hatəm İbrahimovun obyekti haqda H.Vəliyevin qəzetində yazılar dərc edilib və bu yazıların dayandırılması üçün 4700 manat Habilə verib.

Proses fevralın 16-da davam etdirləcək.

DTX-nın yaydığı məlumata görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi