Hacı İbrahim vitse-prezidentin istefa xəbərindən danışdı

haci-ibrahim-vitse-prezidentin-istefa-xeberinden-danisdi
Oxunma sayı: 2630


Qeyd olunurdu ki, Həsrət Əmrahlı bir müddət əvvəl  işdən çıxıb. Birinci vitse- prezidentin işdən çıxmasına səbəb isə  Hacı İbrahim Nehrəmli ilə aralarındakı pul mübahisəsi  olduğu iddia edilirdi. Publika.Az-a açıqlamasında Hacı İbrahim məlumatı təkzib edib  və onun şirkətində bu adda şəxsin çalışmadığını deyib.

 O,  “Xəzər adaları” (Khazar İslands) layihəsinin rəhbəri Hakan Özbekin işdən çıxmasına  da münasibət bildirib. 

Hacı  İbrahim Publika.Az-a açıqlamasında deyib ki, H.Özbek işdən öz ərizəsi ilə çıxıb: “Mən onu işdən çıxarmamışam. Hakan özü çıxıb getdi. Dedi ki, səhhətimlə əlaqədar işləyə bilmirəm, ərizə yazıb işdən getdi”.

Tanınmış iş adamı layihə rəhbərinin dəyşməsinin layihənin icrasına heç bir maneə törətməyəcəyini də deyib.

 Qeyd edək ki, Hakan Özbek eyni zamanda “Avesta” Konserninin İdarə Heyətinin sədri olub. Hacı İbrahim  işdən çıxan şəxsin qeyri-ənənəvi islami cərəyanlara məxsusluğunu da inkar edib və bildirib ki, ümumən insanların şəxsi etiqad azadlığına qarışmır.