Hacı İlqar Gürcüstan Müsəlman İdarəsinin yaradılmasından yazdı

Hacı İlqar Gürcüstan Müsəlman İdarəsinin yaradılmasından yazdı
Oxunma sayı: 231

Bunlar hamısı mühümdür və bəlkə də ayrıca yazının potensial yüklü fokus mövzularındandır. Bu yazıda yalnız və yalnız bir böhranlı məsələyə işıq salmaq istəyirəm. O da İslamla bağlı siyasətin iflasa uğraması və nəticədə dövlətimizin Qafqazlarda tarixi İslami missiyasını əldən verməkdə olmasıdır. Bununla da, əslində siyasi və bundan irəli gələn bütün çalarları da zəiflətməkdə olmasıdır.

Bu gün dövlətçilik düşüncəsi olan hər bir vətənpərvər insanı düşündürməli bir məsələdir ki, nə baş verməkdədir?! Niyə biz Qafqazlarda tarixi missiyamızı itirməyə başlamışıq?! Niyə bütün bunlar bu gün baş verir?! Nə səbəbdən buna imkan yaranıb?!

Məncə ən əsas səbəb kifayət qədər göz qabağındadır. Ölkəmizdə birilərinin qeyri-peşəkar və əslində dövlətə qarşı mənəvi diversiya stratejilərinin bəhrələri göz qabağındadır. Azan qadağası cəhdindən açıq surətdə başlanan, ardınca məscidofobiya, daha ardınca hicabofobiya sürəci, artıq bunların təsadüfi deyil, hansısa İslama qarşı yönəlmiş bir stratejinin tərkibindəki tendensiyanın olması anlamına gəlməkdədir. Nəticədə bir neçə istiqamətdə ciddi təhlükələr meydana çıxmışdır və dövlətçilik üçün ciddi dağıdıcılıq təsirini göstərməkdədir. Bunlara qısaca toxunaq:

- dünyada və regionda (Qafqazlarda) islam ölkələri sırasında olmaq baxımından, İslam Konfransı Təşkilatının (İKT) taleyüklü məsələrdə birmənalı dəstəyinə malik olmaq. Bu gün ölkəsində islamofobik sürəci həyata keçirən imicə qədər enərək, bir tərəfdən islami ölkələr tərəfindən anlaşılmaz qarşılanmasına gətirib çıxarılması, digər tərəfdən Qərb və region (Qafgaz) üçün İslam missiyasının malikliyini itirilməsi;

- tolerantlıq və müxtəlif din və mədəniyyətlər arası sağlam münasibətlərdə nümunəvilik və avanqardlılıq avantajının zədələnməsi. Belə ki, dini çoxluğun azadlıqlarının pozulması ilə bu istiqamətdə nümunəvi imijə malik olmaq mümkün deyil;

- inanclı insanlarla dövlət arasında harmonik münasibətlərin zədələnməsi. Baş verənlərin nəticəsində inanclı insan, öz mövcudiyyəti uğrunda məcburi çalışma və səylərə yönəldilib. Doğma Vətənində azanına, məscidinə, hicabına qarşı gözləmədiyi surətdə düşmən münasibətinin sərgilənməsi dərin şok və sarsıntıya gətirib çıxarır. Əslində dövlətin ən sağlam təbəqələrindən birinin qeyri-stabil və qeyri-sağlam psixoloji ovqata zorən yönəldilməsi baş verir. Ən acınacaqlısı isə - Gürcüstandakı azərbaycanlının öz tarixi Vətənindən fərqli olaraq, xristian vətənində bu hüquqlarının tanınması kimi qəribə bir ziddiyyətli fenomenin meydana çıxması;

Bütün yuxarıda sadalanan və sadalanmayan təhlükələrdən və yaranmış zahirən “dalana dirənmiş” vəziyyətdən çıxılması, inanca qarşı yürüdülən siyasətin islahı üçün təxirəsalınmaz addımların atılması zəruridir. Nəzərimizcə belə addımlara bunlar aiddir:

- vicdan azadlığı istiqamətində meydana çıxarılmış bütün antikonstutusion maneələr yığışdırılmalı, ilk növbədə hicab məsələsinin birmənalı surətdə həlli və ardınca məscidlərin və icmaların sərbəst fəaliyyətinə imkanlar bərpa edilməlidir. Təbii ki, bü yanlış siyasətin həyata keçirilməsi zamanı etiraz edərək həbsə düşmüş insanların təcili azad edilməsi;

- regionda (Qafqazlarda) dövlətin islami missiyası düzgün dəyərləndirilməli və bunun siyasi anlamda əhəmiyyətinin dərk edilməsi, nəticədə müasir reallıqları ehtiva edən konsepsiyanın hazırlanması və həyata keçirilməsinə başlanılması;

- İslam ölkələri ilə münasibətdə dövlətçilik üçün daha səmərəli və effektiv nəticələri əldə etmək üçün müsəlman dünyası ilə işləmək istiqamətində xüsusi lobbi qruplarının formalaşdırılması və Azərbaycanın problemlərinin, xüsusilə Qarabağ məsələsinin müsəlman elmi-mənəvi-siyasi-ictimai elitalarının gündəminə çıxarılmasına nail olunmalı;

- Qərb ölkələri ilə münasibətlərdə İslam dünyasının daşıyıcılarından biri kimi çıxış etmək imkanlarına malik olmaq üçün lazımı elmi-diplomatik potensialın formalaşmasına nail olunmalı və Qərbin İslam dünyası ilə dialoq və debat imkanlarının genişləndirməsində tarixi missiyasının təqdimatını etməli;

- müstəqillik illəri ərzində İslamla bağlı müsbət təcrübələri dəyərləndirməli, xüsusən İslam Konfransı Təşkilatı (İKT) formatında gənclər istiqamətində əldə olunmuş nailiyyətləri dəyərləndirməli, gənc, lakin peşəkar kadrların son aylar ərzində dini siyasəti müəyyənləşdirmədən kənara çəkilmə səbəblərini aydınlaşdırmalı, İslam və inanc insanları ilə jandarmlıq müstəvisində yanaşmadan birmənalı imtina etməli;

- kənar dövlətələr tərəfindən ölkədə İslam və inanclılarla bağlı nəzarət üçün hazır reseptlərdən imtina edilməsi, xüsusilə son illərdəki dinə yönəlik siyasətin fiaskoya uğramasında bu kimi reseptlərin tamamilə əks təsir rolunu oynamasını nəzərə alaraq, bu kimi yanaşmadan tam sürətdə imtina edilməli.

Əslində bu yazıdakı tezislərin təcili meydana çıxması son günlərdə bu istiqamətdə çoxlu sayda “niyə belə oldu?” və “nə etməli?” istiqamətində sualların cavablandırılması ilə əlaqədardır.

Uca Allahdan hər birimiz üçün qəlblərimizin diriliyə doğru yönlənməsini diləyirəm.

Hacı İlqar İbrahimoğlu


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi