Hacı Mirəzizin albomu işıq üzü gördü

haci-mirezizin-albomu-isiq-uzu-gordu
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, üç diskdən ibarət olan alboma 16 mərsiyə və rövzə daxildir. Qazi Hacı Mirəziz Seyidzadə öz səsi ilə mərsiyələri bədii qiraət, rövzələri isə özünəməxsus avazla oxuyur.

Nəfis tərtibat və keyfiyyətlə diqqət çəkən albomun 1-ci diskinə “Kərbəlada şiələr gər şahidin mehman idi”, “Şiə bu icadi-aləmdən ibarətdir ğərəz”, “Ləb teşnə görüb Əsğəri çün Həzrət Abbas”, “Buyurdu Xətmul-Ənbiya Səfinətun-nəca, Hüseyn”, “Qoy Fatimə gedim, meydanda can verim”, “Ey göruhi bihəya, nə yaru, nə yavər qalıb”, “Gəldi zibəski Şamidə ahu-fəqanə Əhli-Beyt”, 2-ci diskə “İmam Hüseyn (ə) ağanın Kərbəla çölünə daxil olması”, “Aşura gecəsi, Cənab Əli Əkbərin su gətirməsi”, “Həzrət Əbülfəzl ağanın rəcəzi və Suffeynə girir”, “Məni binəvayə axır, sölə mehribanım Əminə”, “Bilmirəm Şimr Xudadən nə qədər qafil imiş”, 3-cü diskdə isə “Ruzi-Məhşər çun Xudadən hökm nəfxi-sur olur”, “Hürr Dilavərin tövbə etməsi”, “Hərçənd günahilə səravaru bəlayuq”, “Hindistan Padşahi, Sultan Qeysin əhvalatı” mərsiyə və rövzələr daxildir.