Hacı Qalib məhkəməyə gəlmədi

Hacı Qalib məhkəməyə gəlmədi
Oxunma sayı: 829

Bu gün Sabunçu rayon Məhkəməsində deputat Çingiz Qənizadənin keçmiş həmkarı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən iclasa Q.Salahzadənin gəlmədiyi bəlli olub. O, məhkəməyə ərizə göndərərək iştirak edə bilməyəcəyini bildirib.

Buna görə iclas təxirə salınıb. Proses oktyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, Q.Salahzadə mətbuata açıqlamasında Ç.Qənizadəyə 30 min manat rüşvət verdiyini deyib.  Buna görə də Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi