Hacı Şahindən polisin nurçu əməliyyatına - - Dəstək

haci-sahinden-polisin-nurcu-emeliyyatina-
Oxunma sayı: 3766


Bunu Teleqraf.com-a açıqlamasında əslən Göyçaydan olan "Məşədi Dadaş" dini icmasının rəhbəri Hacı Şahin Həsənli bildirib.  

Qeyd: Daxili İşlər Nazirliyi aprelin 11-də Göyçayda “nurçu” dini təriqətinin ardıcıllarına qarşı əməliyyat keçirib. Təriqət üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkəriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları “Fırıncı abi” ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Z.Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər.      H.Şahin Həsənli Göyçayda polisin nurçulara qarşı əməliyyat keçirməsini təqdir edir: "Bu cür təriqtələrə qarşı həm hüquq müstəvisində, həm də maarifləndirmə yolu ilə mübarizə aparmaq lazımdır. Məndə daha əvvəldən də məlumat var idi ki, Göyçayda nurçu, vəhhabi təriqətlərinə məxsus şəxslər var. Bu təriqətlərin daxili şəbəkələşmə sistemi mövcuddur. Məsələn, nurçular təhsil, media, biznes strukturlarında təmsil olunmaqla, bir-birinə dəstək nümayiş etdirirlər. Biz Türkiyədə də bunun şahidi oluruq. Mümkündür ki, nurçuların Göyçayda biznes şəbəkəsi olsun. İnsanları pulla təriqətə qoşmaq kimi faktlar da mövcuddur. Onlar rayondakı dini durumdan öz maraqları üçün istifadə edirlər".