Hacı Şahinə vəzifə verildi- - Yenilənib

haci-sahine-vezife-verildi-
Oxunma sayı: 7577


“Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsində (QMİ) vəzifə təyinatı alıb. 

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, Ş.Həsənli QMİ sədrinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin edilib.

Bundan başqa, ilahiyyatçı Mircəfər Əyyubzadəyə QMİ-nin Fətva şöbəsində vəzifə verilib.

QMİ-nin mətbuat xidməti faktı təsdiqləyib.

***

Hacı Şahin “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu vəzifəyə bir neçə ay əvvəl təyin olunub: “Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi təyin olunmuşam. QMİ-nin adından bəyanatlar vermək, məscidlərlə bağlı hesabatlara nəzarət etmək səlahiyyətləri verilib. Bir neçə ay əvvəl bu vəzifəyə təyin olunmuaşm.

Daim çalışmışam ki, Azərbaycanda dini dəyərləri doğru təbliğ edim. Bu etmadı da doğrultmağa çalışıram. Səlahiyyətimdən istifadə edib indiyə qədər fəaliyyət göstərdiyimiz sahədə daha əzmlə işləmək niyyətindəyəm”.

Murad Əhməd