Hacıbala Abutalıbov hədəfdə

hacibala-abutalibov-hedefde
Oxunma sayı: 652

APA-nın məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının 2011-ci ildə gördüyü işlərə dair hesabat konfransında çıxışında şura üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. B. Sadıqovun sözlərinə görə, Bakı şəhəri İcra Hakimiyyəti istər köşklər, istərsə də səyyar formada qəzet satışında maneə törədir: “İl ərzində mütəmadi olaraq bu barədə şikayətlər daxil olur. Paytaxt İcra Hakimiyyətinin son illərdəki fəaliyyəti bunun göstəricisidir. Qəzet köşklərinə münasibətdə də bunu görürük. Məlumdur ki, qəzet köşklərinin sayı azaldılır, insanların axınının gur olduğu yerlərdə qəzet satışına maneələr yaradılır, hətta köşklər də bağlanılır”.

B. Sadıqov çıxışında qəzetlərdə reklam yerləşdirilməsi ilə bağlı problemlərin çözülmədiyini də diqqətə çatdırıb: “Biz ötən il ərzində qəzetlərin reklam problemini həll edə bilməmişik. Bu məsələyə növbəti ilə diqqət yetirilməsini nəzərdə tutmuşuq”.