Hacıbala Abutalıbov hələ də Bakı merinin maşınında gəzir - Foto

hacibala-abutalibov-hele-de-baki-merinin-masininda-gezir
Oxunma sayı: 5832

Məlum olduğu kimi, Hacıbala Abutalıbov Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ölkə başçısının digər sərəncamı ilə H.Abutalıbov baş nazirin müavini təyin olunub.

"Qafqazinfo"nun Unikal.org-a istinadən məlumatına görə, Hacıbala Abutalıbov Bakı meri postundan getsə də, paytaxtın icra başçısının xidməti maşını olan 10 AA 008 dövlət nömrə nişanlı, BMW markalı avtomobili təhvil verməyib. Belə ki, H.Abutalıbov hələ də həmin maşından istifadə edir.