Hacıbala Abutalıbov məhkəməyə adam göndərmədi

hacibala-abutalibov-mehkemeye-adam-gondermedi
Oxunma sayı: 646

İddia Bakı meri Hacıbala Abutalıbovun paytaxtda yeni köşklərin quraşdırılması ilə bağlı məlumat verməkdən imtinası ilə əlaqədar, “İnformasiya əldə etmək azadlığı haqqında” qanun əsasən verilib. Agentliyin Hacıbala Abutalıbova avqustun 28-də göndərdiyi məktubda yeni köşklərin quraşdırılmasının hüquqi tərəfi, onların sahibi, təyinatı üzrə istifadə olunmamasının səbəbi və bunun nəticəsində çap nəşriyyatına dəyən ziyan haqqında sualları cavablandırmaq xahişi yer alıb. Meriyanın qurumu olan Ticarət və Xidmət Departamentindən verilən cavabı dolğun saymayan “Turan” məhkəməyə üz tutub.

Noyabrın 19-da tərəfləri dinləyən hakim meriyanı dekabrın 14-nə qədər “Turan”ın suallarına cavab verməyə çağırmışdı. Ancaq meriyanın təmsilçiləri 14 dekabr iclasına gəlməyib.

Hakim “Turan”ın meriyaya sorğusunun ictimai maraq doğurub-doğuramadığını və cavabdehin qarşıya qoyulan sualları cavablandırmalı olub-olmadığını araşdırıb. “Turan”ın nümayəndələri deyiblər ki, məlumatın kütləvi informasiya vasitələrində cəmiyyətə təqdim olunması və cəmiyyətin azad informasiya almaq hüququ böyük ictimai əhəmiyyət daşıyır, köşklər məsələsində isə ictimai maraqlar ciddi şəkildə pozulub.

Vəkil Zibeydə Sadıqova hakimdən xahiş edib ki, ictimai maraqları müdafiə edən iddiaçının maraqlarını qorusun, cavabdehin müdafiəçisi rolunda çıxış etməsin.

Məhkəmə 2013-cü il yanvarın 23-də davam edəcək.