Hacılarımızın hamısı qayıtdı

hacilarimizin-hamisi-qayitdi
Oxunma sayı: 642

Bu barədə APA-ya Azərbaycan Həcc missiyasının rəhbəri – Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bununla da təxminən 2 600 hacının hamısı Bakıya dönüb.

QMİ-dən bildirilib ki, artıq zəvvarların yükləri də Bakıya gətirilir. Bu gün axşam hacıların yüklərindən ibarət daha bir təyyarə Bakıya enəcək.

Qeyd edək ki, azərbaycanlı zəvvarları bu il müqəddəs Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşüblər. Ziyarət zamanı iki zəvvar vəfat edib. Onların hər ikisi Səudiyyə Ərəbistanında dəfn edilib.