Hacıqabul gəncləri seçimdə iştirak etdilər

haciqabul-gencleri-secimde-istirak-etdiler
Oxunma sayı: 663

150 Hacıqabullu gəncin iştirakı ilə keçirilən Kampaniyada gənclər Vətənimizin ərazilərini necə tanıdıqlarını nümayiş etdiriblər. İstər xəritədə, istərsə də elektron variantda gənclər aktiv olublar. Kampaniyanı həyata keçirən işçi qrupunun rəhbəri, Milli Şuranın üzvü Vüsal Kazımov və Bəxtiyar Rəhimov Hacıqabullu gəncləri seçim turunun qaydaları, məqsəd və vəzifələri barədə məlumatlandırıb.

Seçim turu uğurla yekunlaşıb və qaliblər müəyyənləşdirilib.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.