Hacıqabulda maşın 12 yaşlı uşağı vurdu

haciqabulda-masin-12-yasli-usagi-vurdu
Oxunma sayı: 765

Hacıqabul rayonunda avtomobil 12 yaşlı uşağı vurub.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Nəvahi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
 
Kənd sakini, 2005-cü il təvəllüdlü Ağamalıyev Ramil Rəfayət oğlu  “10 LH 551” dövlət nömrə nişanlı  “Tavriya” markalı avtomobil tərəfindən vurulub.
 
Ağır xəsarətlər alan yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
 
Faktla bağlı araşdırma aparılır.