Hacıqabulda yol qəzası - 1 ölü, 1 yaralı

haciqabulda-yol-qezasi
Oxunma sayı: 1628

Hacıqabulda 1 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Nəvahi kəndində qeydə alınıb. 

Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda gedən “KaMAZ” markalı avtomobilin arxa hissəsinə çırpılıb. Hadisə zamanı “Mercedes”də olan sərnişinlərdən 1-i ölüb, daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.