Dörd güləşçimiz də uduzdu - Yenilənir

dord-gulescimiz-de-uduzdu
Oxunma sayı: 2985

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. “Qafqazinfo” xəbər verir ki, yeddinci yarış günündə sərbəst güləş üzrə 70, 74, 92 və 125 kq-da mübarizəyə start verilib.

Ağahüseyn Mustafayev təsnifat mərhələsində Türkiyə güləşçisiylə ağır görüş keçirib. Hesabda 0:6 geriyə düşən həmyerlimiz möhtəşəm geridönüş edərək qələbə qazanıb. Ancaq dünya çempionatının gümüş medalçısına məğlub olub.

Hacımurad Hacıyev ilk görüşdə sabiq dünya çempionu, Olimpiadanın ikiqat medalçısıyla qarşılaşıb. Hindistanlı güləşçi 9:4 hesabıyla önə çıxsa da, ikinci hissədə əzmkarlıq nümayiş etdirən yığmamızın üzvü qələbə qazanıb. Hacımurad növbəti mərhələdə 3 qat Avropa çempionu, Olimpiadanın və dünya çempionatının bürünc medalçısı Soner Demirtaşla üz-üzə gəlib. Növbəti dəfə əzmkar çıxışla diqqət çəkən Hacıyev II Avropa Oyunlarındakı məğlubiyyətin revanşını alıb.

Cəmaləddin Məhəmmədov startda Belarus idmançısından güclü olub.

Təsnifat - Ağahüseyn Musafayev - Heydər Yavuz (TUR) 10:6
1/8 final - Ağahüseyn Mustafayev - Adam Batırov (BRN) 2:5

74 kq
Təsnifat - Hacımurad Hacıyev - Kumar Suşil (İND) 11:9
1/16 final - Hacımurad Hacıyev - Soner Demirtaş (TUR) 5:2
1/8 final - Hacımurad Hacıyev - Bekzod Abdurrəhmanov (UZB) 12:9
1/4 final - Hacımurad Hacıyev - Cordan Barrous (USA) 1:8

92 kq
1/8 final - Şamil Zubairov - Süleyman Qaradəniz (TUR) 6:7

125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - Vitali Piaşniak (BLR) 9:1
1/8 final - Cəmaləddin Məhəmmədov - Nik Matuxin (GER) 5:1
1/4 final - Cəmaləddin Məhəmmədov - Jivey Denq (CHN) 0:3

Qarşılaşmaları aşağıdakı linkdən izləmək mümkündür:
https://unitedworldwrestling.org/event/world-championships-36?tab=results