Hacıyeva yenidən dünyanın gündəmində - Bu dəfə bahalı itiylə +Foto

haciyeva-yeniden-dunyanin-gundeminde
Oxunma sayı: 7717

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva yenidən dünya mediasının gündəmindədir.

“Qafqazinfo” xəbər verir ki, İngiltərənin “Daily Mail” nəşri son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərcləyən Hacıyevanın iti ilə çıxdığı gəzintinin xərcinin hesablayıb. Qəzetin fotoqrafları villasının qarşısında itini gözdirən Hacıyevanın fotolarını çəkiblər. 

Belə ki, Z.Hacıyeva gəzinti üçün dəyəri 6500 funt sterlinq (təxminən 14.151 AZN ) olan “Hermes” çantası taxıb. 

Xanımın geyindiyi “Gucci Ace” brendinə məxsus idman ayaqqabısının dəyəri 625 funt sterlinqdir (təxminən 1360 AZN).

“Gucci” brendinə məxsus idman şalvarının qiyməti isə 530 funt sterlinq (təxminən 1153 AZN) dəyərindədir. 

“Miu Miu” günəş eynəyi isə 290 funt sterlinqdir (təxminən 631 AZN). 

Nəşr itin qiymətini də hesablayıb. 1000 funt sterlinq (2177 AZN) dəyəri olan ev heyvanına 55 yaşlı Hacıyeva altı ildə təxminən 20 min AZN xərcləyib.