Hadisə hirsləndi - “Özünü tanımayan bir neçə nəfər...”

hadise-hirslendi
Oxunma sayı: 3216

Türkiyəli müğənni Hadisə “O Səs Türkiyə” yarışmasının ötənilki qalibi Dodan Özərlə fotosunu paylaşmasından sonra, onunla sevgili olduğu iddialarının yayılmasına cavab verib.

“Qafqazinfo” xəbər verir ki, ifaçı, sosial mediada etdiyi paylaşımda məlumatları təkzib edib.

O bildirib ki, Dodan verilişin çəkilişi zamanı onu ziyarət edib və sosial mediada paylaşdığı foto da həmin vaxt çəkilib:

“Məsələnin bu yerə gəlməsini təəccüblə izləyirəm. Prinsip olaraq, yazılanlara cavab verməyə enerji sərf etmək yerinə, diqqətimi işimə yönləndirməyi üstün tuturam.

Özünü tanımayan bir neçə nəfər məsələni fərqli yönə çəkib. Hər kəsin şəxsi həyatı, ailəsi var. Dodanla gözəl dostluğumuz mövcuddur. Yarışma zamanında olduğu kimi, ona musiqi sahəsində dəstək olmağa davam edəcəyəm”.