Hadisə “O səs”in qalibi ilə sevgili oldu

hadise-o-sesin-qalibi-ile-sevgili-oldu
Oxunma sayı: 4415

Türkiyənin məşhur pop ulduzu Hadisə şəxsi həyatı ilə yenidən gündəmə gəlib. “Qafqazinfo” Hüriyyet qəzetinə istinadən xəbər verir ki, müğənninin “O səs Türkiyə”nin qalibi Dodan Özer ilə eşq yaşadığı iddia edilib. 

Onlar bir müddətdir ki, gizli şəkildə sevgili olublar. Hətta, Hadisə bir neçə gün bundan əvvəl “Tənha deyiləm, həyatımda biri var” deməsindən sonra instaqramda Özerlə fotoları yayılmağa başlayıb. 

Səmimi görüntülər yayılan şayiələri daha da alovlandırıb. Hər iki tərəf  yayılan xəbərlərə münasibət bildirməkdən imtina edib.