Hadisədən Bəyazla sevgili olması xəbərinə reaksiya

hadiseden-beyazla-sevgili-olmasi-xeberine-reaksiya
Oxunma sayı: 2401

Türkiyənin məşhur popçusu Hadisə Bəyazit Öztürklə sevgili olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hadisə illərdir adının Murat Bozla hallandığını qeyd edib:

“Bəyaz gəldikdən sonra onun adını kənara qoydunuz. Aramızda sevgi yoxdur. Olsaydı, deyərdim. Bəyaza hörmətim sonsuzdur. Onu çox sevirəm. İllərdir ki, həyatımızda olan bir simadır. Sadəcə hazırda eyni bir layihədə iştirak etdiyim dostumdur”- deyə popçu bildirib.