Hadisədən iş adamı ilə sevgili xəbərinə reaksiya

hadiseden-is-adami-ile-sevgili-xeberine-reaksiya
Oxunma sayı: 2250

Müğənni Hadisə iş adamı Murat Gezerlə sevgili olması barədə yayılan məlumatlara reaksiya verib. 

“Qafqazinfo” xəbər verir ki, meneceri sənətçinin adından açıqlama yayaraq hər şeyin şayiə olduğunu qeyd edib: “Murat Gezer bacımın dostlar qrupundadır.  Mənim onunla yaxınlaşmağım doğru deyil”. 

Qeyd edək ki, M. Gezer  nişanlısı, iş adamı Hüseyn Başaranın qızı Mina Başaranın faciəvi şəkildə dünyasını dəyişməsindən sonra gündəmə gəlmişdi.