Hadisənin yalanı ortaya çıxdı - Fotolar

hadisenin-yalani-ortaya-cixdi
Oxunma sayı: 4018

Türkiyənin məşhur pop ulduzu Hadisənin son görünüşü müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, Maltəpədə konsert verən sənətçi artıq çəkiləri ilə diqqət çəkib. Həmin görüntülər ifaçının 1 həftə əvvəl “Coachella” festivalında çəkdirdiyi fotoları təkzib edib. 

Məlum olub ki, Hadisənin Amerikadan paylaşdığı şəkillərə Fotoşopla müdaxilə olunub. 

Bundan əlavə, sənətçi konsertdən əvvəl müsahibə verməyib, media nümayəndələrinin onu çəkməsinə etiraz edib. 

İfaçının köməkçisi “Hadisə xanım yaxın planda olan şəkil çəkdirmək istəmir”- deyə açıqlama verib.