Hafiz Hacıyev qurultayı təxirə saldı

hafiz-haciyev-qurultayi-texire-saldi
Oxunma sayı: 647

MMP-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda son günlər ölkədə və dünyada baş verən hadisələr, həmçinin partiyaya daxil olan müraciətlər müzakirə edilib. Müzakirələr zamanı baş verən hadisələr siyasi baxımdan dəyərləndirilib və məsələyə dair müxtəlif fikirlər səsləndirilib. Sonra partiyaya daxil olan təklif və müraciətlərə baxılıb. Toplantıda gündəlikdə duran əsas məsələ partiyanın may ayına planlaşdırdığı qurultayın gecikməsinin səbəbləri olub.
Qeyd edək ki, partiya əvvəlcə maliyyə üzündən qurultayının vaxtını dəyişmişdi. Partiyanın mətbuat xidmətinə daxil olan məlumata görə, qurultayın növbəti dəfə təyin olunan vaxtda keçirilməməsi yer problemi ilə bağlıdır. Partiya dəfələrlə müxtəlif idarə və müəssisə rəhbərlərinə məktubla müraciət etsə də, bütün cəhdləri nəticəsiz qalıb. Ona görə MMP qurultayının növbəti dəfə vaxtını dəyişdirmək məcburiyyətində qalıb. Toplantı iştirakçıları partiyaya qurultayını keçirmək üçün yer verilməməsini MMP–yə qarşı qərəzli və düşünülmüş planın bir hissəsi kimi dəyərləndirib. Sonda idarə heyəti məsələnin həllini tapmayacağı təqdirdə Ali dövlət qurumlarının qarşısında aksiyaların keçirilməsinə qərar verib.

Fatimə Kərimli