Haitidə günlərlə davam edən leysan güclü daşqınlara səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Nouvelliste” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına əsasən, daşqınlar nəticəsində 5 nəfər ölüb. Həlak olanlardan ikisi uşaq olub.
Ölkənin üçüncü ən böyük şəhəri Le-Kedə 10 min evin suyun altında qalıb.
Hökumət insanlardan evakuasiyaya hazır olmalarını istəyib.
Meteoroloqlar güclü yağışların həftənin sonuna kimi davam edəcəyini bildiriblər.