Hakan Şükür Azərbyacanın qələbəsinə təəssüflənib

hakan-sukur-azerbyacanin-qelebesine-teessuflenib
Oxunma sayı: 636

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, veteran futbolçu Türkiyə millisinin keçirəcəyi oyunlara da münasibətini bildirib.

“Azərbaycanın Qazaxıstanı məğlub etməsi yaxşı olmadı. Qazaxıstan öndə olanda ümidlənmişdik. Bizim komanda, Hiddinkin dediyi kimi, çətinliyi sevir. Məqsədimiz Avropa çempionatının final mərhələsinə getmək üçün Azərbaycan və Almaniyanı məğlub etməkdir. Hər iki oyun asan olmayacaq. Bu komandalar yaxşı mübarizə aparırlar”, - deyə Hakan Şükür bildirib.

Xatırladaq ki, Avro-2012-nin seçmə mərhələsinin son qarşılaşmalarında Azərbaycan Bakıda Qazaxıstanı 3:2 hesabı ilə məğlub etmişdi. Türkiyə kollektivi isə səfərdə Avstriya komandası ilə heç-heçə oynamışdı-0:0.