Hakan Şükürün fəxri adı geri alındı

hakan-sukurun-fexri-adi-geri-alindi
Oxunma sayı: 714

Türkiyəli keçmiş futbolçu və millət vəkili Hakan Şükürün daha bir fəxri adı əlindən alınıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Çanaqqala 18 mart Universiteti” 2012-ci ildə Hakan Şükürə verilən fəxri doktor adını FETÖ terror təşkilatına üzv olduğu üçün bu gün geri alıb.

Qeyd edək ki, axtarışda olan H.Şükürün bir müddətdir Amerikada yaşadığı bildirilir. FETÖ ilə əlaqəsi olduğu üçün daha öncə onun adı verilən küçə, stadion, məktəb və digər qurumlardakı adları götürülüb.