Haker hücumlarına xərclənən pullar

haker-hucumlarina-xerclenen-pullar
Oxunma sayı: 638

Onun sözlərinə görə, naməlum istiqamətlərdən sayta hücumlar intensivləşib: "Saytın texniki işçiləri hücumla bağlı araşdırmalara başlayıblar. Sayt yeni fəaliyyətə başlayan kimi də hücumlar olmuşdu. Həmin gündən hücumlar davam edir. Bu da bizi və oxucularımızı narahat edir. Fəaliyyətimizdə axsamaların olması bizim üçün ən böyük problemdir".

Qeyd edək ki, eyni problemləri yaşayan və təxminən bir aydır kiber terrora məruz qalan musavat.com və qafqazinfo.com saytlarının sahibləri problemlə bağlı Milli Təhlükəsizlik Nazirliyinə (MTN) rəsmi olaraq müraciət ediblər. MTN qəzet rəhbərliyinin sorğusuna cavab olaraq bildirib ki, bu yöndə araşdırmalar aparılır.

Lakin kiber-hücumlar səngimir və artıq bir ayda ikinci dəfə olaraq musavat.com, qafqazinfo.az və publika.az saytlarının fəaliyyətlərində məcburi fasilələr yaranıb. Buna səbə də son bir həftədə ortaya çıxan intensiv haker hücumlarıdır. Mövzu ilə bağlı yazı hazırlayarkən, məlum oldu ki, qeyd edilən saytlardan başqa, təxminən eyni gündə azadlıq.az saytı da bir neçə saat fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Azadlıq qəzetinin rəhbərliyindən bildirilib ki, buna səbəb qəzetin saytına olan intensiv kiber-hücumlardır. 14 yanvarda, gün ərzində bir sıra xəbər portalları da onlara edilən hücumlar barədə məlumat yayıblar.

14 yanvarda musavat.com, qafqazinfo.az, publika.az portallarının təmsilçiləri son hücumlarla bağlı müzakirə aparıblar. Bu barədə saytımızın veb redaktoru Cavid Sərxanbəyli məlumat verib: ”Son vaxtlar saytlara olan hücumlar, onların bağlanması və bu hücumların qarşısının alınması, saytların təhlükəsizliyini müzakirə etdik. Müzakirədə sayt rəhbərləri və bu saytlara texniki xidməti həyata keçirən veb -mühəndislər vardı. Müzakirə zamanı məlum oldu ki, hücumun dəqiq ünvanı bilinmir; lakin bunu guya xaricdən edilməsi imitasiyası var. Belə məlum oldu ki, saytlara bir saniyədə bir milyona qədər “paket”-müraciət daxil olub. Bu, fantastikdir. Belə bir hücumu təşkil etməyin bir sutkası haker bazarında 900 avrodur. Bu baxımdan, bunu edən kimlərdirsə, olduqca imkanlı adamlardır. Lakin xaricdə kimin nə işinə qalıb ki, musavat.com-a görə cibindən gündə 900 avro ödəsin? Bizə hücumların gəldiyi Sinqapurda, Ukraynada, Çində - təxminən 16 ölkədir - bizim belə düşmənlərimiz yoxdur. Buna görə də şübhələrimiz var və araşdırmalar gedir”.

Müsahibimiz dedi ki, musavat.com 24 saat dayansa da, 13 yanvardan etibarən işləyir. Gün ərzində də saytın serverində yerdəyişmə olub. Qafqazinfo.az saytı isə 14 yanvar, saat 4-dən sonra açılıb.

Azadlıq.az saytının redaktoru Alı Rza isə dedi ki, hücumlar yanvarın 11-i saat 21 radələrində başlamışdı: ”Həmin gecə saytı hətta müvəqqəti dayandırmışdı da. Ukrayna, Rusiya və başqa ölkələr üzərindən 70-80 İP-dən ddos hücumları olmuşdu. Server təhlükəsizlik tədbirlərini gücləndirdi və saytın fəaliyyəti 12-si səhər saatlarından (04-05 radələri) bərpa olundu. Sonrakı günlərdə və indi də ddos hücumlar davam edib, sadəcə görülən təhlükəsizlik tədbirləri saytın fəaliyyətinin dayanmasının qarşısını alır. Saytın işləməsində isə problemlər qalır. Ayrı-ayrı yerlərdən sayta daxil ola bilmədikləri və ya çətinlik çəkdikləri xəbərləri gəlir, bəzən hətta idarəetmə panelində işləməkdə də çətinliklər yaranır. Bütün bunlar isə saytın ziyarətçiləri və məlumatlara baxılma göstəricisinə (hit) mənfi təsir göstərir. Amma server xidməti ardıcıl şəkildə problemlərin həlli ilə məşğul olur”.