Haker qrupu islamofoblara xəbərdarlıq etdi

haker-qrupu-islamofoblara-xeberdarliq-etdi
Oxunma sayı: 639

“Qafqazinfo”nun “Deyerler.org”a istinadən verdiyi məlumata görə, haker qrupu müsəlmanlara və məscidlərə hücumlara etiraz etmək üçün İngiltərədəki radikal sağçı təşkilatlarının saytlarına hücum edib.

Haker qrupu sözügedən təşkilatın planlaşdırdığı cinayətlərə dair bir sıra məlumatları əldə edib. Xəbərdarlıq mesajını “YouTube”də yerləşdirən qrup müsəlmanlara qarşı hücumları dayandıramayacaqları təqdirdə, onların ciddi şəkildə ifşa olunacaqlarını bəyan edib.

Xatırladaq ki, Britaniyada son günlər ərzində radikal sağçılar tərəfindən müsəlmanlara və məscidlərə hücumlar intensivləşib.