Hakerlər kriptobirjanı çökdürdü - 533 milyon oğurlandı

Hakerlər kriptobirjanı çökdürdü
Oxunma sayı: 1247

Hakerlər Yaponiyanın “Coincheck” adlı kriptobirjasını hak edərək 533 milyon dollar dəyərində “NEM” kriptovalyutasını oğurlayıblar.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, “Coincheck” birjasının zərər çəkmiş müştərilərinə veriləcək təzminatın həcmi və verilmə prosesi barəsində məlumatlar isə yaxın zamanda bildiriləcək.

Məlumata görə, birjanın yaxın günlərdə işini bərpa edəcəyi bildirilib. NEM.io fondunun prezidenti Lon Vonq oğurlanmış bütün vəsaitlərin bir hesaba köçürüldüyünü söyləyib. O söz verib ki, həmin kriptovalyutalar tapılıb geri qaytarılacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi