“Hakim azarkeşlərin sevincini korladı” - Tahir Süleymanov

hakim-azarkeslerin-sevincini-korladi
Oxunma sayı: 3188

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”- “Çelsi” matçında baş hakim Manuel De Souza Rəşad Sadıqovun Villianla ikili mübarizəsini qayda pozuntusu kimi dəyərləndirib, eləcə də  müdafiəçiyə qırmızı vərəqə verib, “Qarabağ”ın qapısına penalti təyin edib. 

Beynəlxalq dərəcəli hakim Tahir Süleymanov “Qafqazinfo”ya açıqlamasında epizoda şərh verib:

“Hakim 11 metr təyin etməsəydi, heç kim ona söz deməzdi.  Əllə tutma var idi. Hakim azarkeşlərin sevincini korladı. Çox ağır qərar idi. Qaydalarda olan boşluqlardan hansı hakim necə istəyir, başa düşür, elə də hərəkət edir.

Hakim bunu top uğrunda mübarizə etmədən birbaşa rəqibi tutaraq qol şansından məhrum etmə kimi dəyərləndirdi, ona görə qırmızı vərəqəni göstərdi”.

Elsevər