“Hakim bey” azərbaycanlı çıxdı

hakim-bey-azerbaycanli-cixdi
Oxunma sayı: 2700


Konsertin baş meneceri İlhan Özbay “Qafqazinfo”ya açıqlamasında, Mehmet Erdemin Azərbaycan əsilli olduğunu deyib: “Türkiyədə Mehmet Erdemlə görüşdüm. Onun üçün Azərbaycanı görmək çox maraqlıdır. Hətta  konsertə üç gün qalmış Bakıya gələcək ki, buranı yaxşı-yaxşı gəzsin. Onu da deyim ki, Mehmet Erdem əslən Azərbaycan əsillidir”.

Məlumat üçün bildirək ki, baş menecerliyini teleaparıcı İlhan Özbay və təşkilatçılığını Nuri Yaradılmışın etdiyi "Mehmet Erdem konserti"nin sponsorları “Arnica” və “Arçelik”  holdinqidir.

İyulun 27-si, axşam saat 22.00-da paytaxtda yerləşən “Otto EFES pub ” istirahət mərkəzində keçiriləcək konsertə biletin qiyməti 30 AZN-dir. 
Bilet əldə etmək istəyənlər 055 518 10 71; 070 585 01 55 mobil nömrələrinə zəng edə bilərlər.

Konsertin informasiya dəstəyi Qafqazinfo.az saytıdır.