Hakim futbolçunu öldürdü, komandanın azarkeşləri kəndi yandırdı

Hakim futbolçunu öldürdü, komandanın azarkeşləri kəndi yandırdı
Oxunma sayı: 1254

Malavidə “Billiat” və “Çilenqo” klubları arasında keçirilən oyunun sonlarında futbolçulardan biri ölüb, qarşılaşmanın hakimi isə cinayətə görə həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, matçda hakim Makkniqt Nyexeya ilə “Billiat”ın oyunçuları arasında mübahisə yaranıb. Daha sonra olay böyüyüb və futbolçular hakimi döyməyə başlayıb. Makkniqt onların əlindən qaçaraq bir evə sığınıb. Lakin futbolçular əl çəkməyib və ardınca gediblər.

“Billiat” futbolçularından birinin meyiti hakimin gizlənməyə çalışdığı evin yaxınlığından tapılıb. Polis Makkniqtin futbolçuya taxta parçası ilə hücum edərək öldürdüyündən şübhələndiyi üçün onu həbs edib

Ölən futbolçunun yaxınları və "Billiat" azarkeşləri olayı öyrəndikdən sonra hakimin yaşadığı kəndə hücum edərək evləri yandırıblar, bütün heyvanları öldürüblər. Polis bu olaya qarışanlardan bəzilərini saxlayıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi