“Hakim ilk dəqiqələrdən komandanı “sındırmaq” istəyirdi” - Maksim Medvedev

“Hakim ilk dəqiqələrdən komandanı “sındırmaq” istəyirdi”
Oxunma sayı: 1589

“İlk oyundan sonra rəqibi yaxşı tanıdıq. Onları analiz etmişdik, necə oynadıqlarını bilirdik”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.

Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində öz meydanında “Çelsi”yə məğlub olub. Qarşılaşmadan sonra əməkdaşımızın suallarını cavablandıran müdafiəçi fikirlərini bildirib:

“Oyuna yaxşı başladıq, qol imkanlarımız oldu, ancaq Miçelin zərbəsi dirəyə dəydi. Qırmızı vərəqə və penalti bütün planlarımızı alt-üst etdi”.

-Kapitan sarğısını alandan sonra hakimlə danışırdız. Nə hiss edirdiz, qərəzli olduğu hiss olunurdu mimikasında?

- Birinci dəfədir ki, emosiyası olmayan hakim görürdüm. Bütün komanda ilə üstünə getdik ki, penalti verməsin, heç olmasa qırmızı vərəqə vermə. Biz penalti olub-olmadığını dəqiq bilmirdik. Ancaq Rəşadın ilk qolunda belə qərar çox ağır oldu. Çox pis təsir etdi komandaya. Bundan sonra psixoloji cəhətdən “sınmamağa” çalışdıq.

- “Qarabağ” ilk 20 dəqiqədə çox yaxşı oynayırdı və topa nəzarət edirdi. Sanki “Qarabağ” öz oyunu ilə hakimi qorxutmuş oldu.

- Sanki ilk dəqiqədən “Qarabağ”a qarşı antipatiya yaranmışdı. İstəyirdi ki, ilk dəqiqələrdən komandanı “sındırsın”.

- Qırmızı vərəqədən sonra baş məşqçi Qurban Qurbanov bütün komandanı başına yığdı. Elə təəssürat yarandı ki, sanki komanda meydanı yarımçıq tərk edir...

- Kənardan elə görünə bilər, ancaq ciddi bir şey deyildi. Belə bir şeyə hazır deyildik, ona görə də təcili şəkildə yerdəyişmələri başa saldı. Fasilədə isə tam başqa sistemə keçdik.

- Formanı kiminlə dəyişdiz?

- Heç kimlə. Oyunda elə vəziyyət yarandı ki, sanki məni futboldan küsdürdülər. Hakim bəzi epizodlarda özünü elə apardı ki…Oyunçuların üzünə baxırdım, sanki oynamaq istəmirdilər.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi