Hakim klan daxilində çəkişmələr güclənir

hakim-klan-daxilinde-cekismeler-guclenir
Oxunma sayı: 642

Rejim müxaliflərinin məlumatına görə, Suriya Hərbi Kəşfiyyat Xidmətinin rəhbəri olan Baş Qərargah sədrinin köməkçisi Şövkət Kəşfiyyat Xidmətinin rəhbəri general Əli Məmlük ilə mübahisə zəminində güllələnib.

Dərhal xəstəxanaya çatdırılan Şövkətin sağ qalıb-qalmadığına dair xəbərlərin təsdiqlənmədiyi, bəzi mənbələrin generalın komada olduğunu xəbər verdiyi bildirilir. Xarici KİV-in məlumatında hadisədən dərhal sonra general Əli Məmlükün həbs edildiyi öz əksini tapıb.

Suriya ordusunun sünni generalı kimi də tanınan Asəf Şövkət 12 il bundan əvvəl Bəşər Əsədin qardaşı Mahir Əsədlə də mübahisə zəminində yaralanmışdı. Xəbərlərdə rejim əleyhinə müqavimətin güclənməsi ilə Suriya liderinin yaxın ətrafında öldürülən və ya yaralanan şəxslərə dair məlumatların artmasının nəzərdən yayınmadığı qeyd edilib.

azerimuslims