Hakim məhkəmədə Mehmana xəbərdarlıq etdi

Hakim məhkəmədə Mehmana xəbərdarlıq etdi
Oxunma sayı: 2922

Bu gün Bakı Apellyasiya Məhkəməsində video-bloqqer Mehman Hüseynovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əflatun Qasımovun icraatında olan prosesdə vəkilər M.Hüseynovun şüşə qəfəsdən çıxarılması, onun barəsində həbs-qətimkan tədbirinin ləğv edilərək azadlığa buraxılması və məhkəmənin qismən istintaqla aparılması barədə vəsatət veriblər.

Yalnız sonuncu vəsatət təmin edilib.

M.Hüseynovun şüşə qəfəsdəki davranışlarına görə hakim ona xəbərdarlıq edib. 

Mehman özünü təqsirli bilmədiyini deyib. 

Prosesdə noyabrın 10-na kimi fasilə elan edilib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi