“Hakim Ronaldodan forma istədi” - Mərakeşli futbolçudan şok iddia

hakim-ronaldodan-forma-istedi
Oxunma sayı: 2458

Dünya çempionatının qrup mərhələsinin ikinci turunda bu gün Portuqaliyaya 0:1 hesabı ilə uduzan Mərakeş millisinin ulduz futbolçusu Nordin Amrabat açıqlamaları ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, yarımmüdadfiəçi qarşılaşmanın baş hakimi Mark Qyqerdən narazılıqlarını dilə gətirib.

Amrabat hakimin Ronaldodan forma istədiyini iddia edib: “ABŞ-lı hakimin nə istədiyini bilmirəm. Amma bu inanılmazdır. O, Ronaldonun oyunundan heyrətə gəlmişdi. Hətta eşitdim ki, Pepe deyir hakim Ronaldodan forma istəyib. Bu dünya çempionatıdır sirk deyil. Referi bir çox epizodlara göz yumdur. Biz qələbəyə layiq idik. Rəqib ancaq müdafiə olundu, biz isə hücum etdik. Hətta Ronaldonu da oyundan sıxışdırıb çıxarmışdıq”.