Hakim və prokuror MTN generalı ilə razılaşdı

Hakim və prokuror MTN generalı ilə razılaşdı
Oxunma sayı: 2608

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə zərərçəkmişlər - Mətləb Mustafayevin və Yalçın Abdullayevin epizodu üzrə şahidlər dindirilib.

Sonra Elçin Quliyev ifadələrin yekunlaşdırılmasını, istintaqın tamamlanmasını və çıxışlara başlanılmasını təklif edib. Hakim və prokuror bu təkliflə razılaşsa da, M.Mustafayev əlavə şahidlərin dindirilməsini istəyib. 

E.Allahverdiyev bu barədə növbəti iclasda qərar veriləcəyini bildirib.

Proses oktyabrın 2-də davam etdiriləcək.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi