Hakimi döyən futbolçuya ağır cəza

Hakimi döyən futbolçuya ağır cəza
Oxunma sayı: 706

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Region Liqasının “Gənclik” – “Füzuli” oyununda baş verən hadisələr də müzakirə olunub və müvafiq qərarlar verilib.

“Qafqazinfo” xəbər verir ki, matçın 90+1-ci dəqiqəsində “Gənclik” klubunun azarkeşləri meydançaya daxil olduqları üçün oyun yarımçıq dayandırılıb. Görüş tam başa çatmadığına görə “Gənclik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Həmin dəqiqədə meydan sahiblərinin futbolçusu Amid Zeynalov aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb. Komanda yoldaşları Elman İsgəndərov və Fərid Ağabəyli isə hakimi təhqir etdikləri üçün 4 oyunluq diskvalifikasiya olunublar.
 
Bundan başqa, “Gənclik” klubuna xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi