Hakimi söydü, ağır cəza aldı

hakimi-soydu-agir-ceza-aldi
Oxunma sayı: 1054

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.

“Ağsu” – “Zaqatala” matçının 54-cü dəqiqəsində “Ağsu”nun futbolçusu Nurlan İsbəndiyarov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində “Zaqatala”nın futbolçusu Haqverdi Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Turan Tovuz” – “Şüvəlan” matçının 90+4-cü dəqiqəsində “Şüvəlan”ın futbolçusu Mirkamil Həşimi hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 320 manat cərimə olunub.

“Sabah” – “Binə” matçının 90+2-ci dəqiqəsində “Binə”nin futbolçusu Məqsum Qəmbərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

“Xəzər” – “Mil-Muğan” matçının 80-cı dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Anar Babazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klubu